Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımovun iştirakı ilə Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatının 11-ci Zirvə Görüşü çərçivəsində növbəti mühüm təşəbbüs Təşkilata üzv ölkələrin “Türk Yaşıl Maliyyə Şurası”nın yaradılması barədə Memorandumun imzalanması olub.
İqtisadiyyat.az bu barədə AMB-yə istinadən xəbər verir.
Qazaxıstanın Astana Maliyyə Mərkəzi, Qırğızıstanın Qiymətli Kağızlar Birjası və Türkiyənin Qiymətli Kağızlar Təşkilatı ilə birgə imzalanmış sənədə əsasən Şuranın əsas məqsədi üzv təşkilatlara yaşıl və dayanıqlı maliyyənin, ekoloji, sosial və idarəetmə faktorlarının nəzərə alındığı investisiyaların təşviqi istiqamətində məsləhət və konsultasiya xidmətlərinin göstərilməsidir.