Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımovun iştirakı ilə Qırğızıstanın Bişkek şəhərində keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşü çərçivəsində növbəti mühüm təşəbbüs Türk Dövlətləri Təşkilatına üzv ölkələrin “Türk Yaşıl Maliyyə Şurası”nın yaradılması barədə memorandumun imzalanması olub.
AMB-dən FED.az-a bildirilib ki, Azərbaycan Mərkəzi Bankı, Astana Maliyyə Mərkəzi, Qırğız Qiymətli Kağızlar Birjası və Türkiyə Qiymətli Kağızlar Təşkilatı arasında imzalanmış memoranduma əsasən şuranın əsas məqsədi üzv təşkilatlara yaşıl və dayanıqlı maliyyənin, ekoloji, sosial və idarəetmə faktorlarının nəzərə alındığı investisiyaların təşviqi istiqamətində məsləhət və konsultasiya xidmətlərinin göstərilməsidir