Belarus prezidenti Aleksandr Lukaşenko diqqət çəkən açıqlamalar verib. BELTA-nın yaydığı məlumata görə, o, belə hesab edir ki, ABŞ-nin əsas rəqibinə Çindən çox Avropa çevrilə bilər.
“Dünya dəhşətli dərəcədə dəyişir, sabah vəziyyət tamamilə fərqli olacaq. Amerika üçün əsas rəqib Çin deyil, avropalılar ola bilər”, - Lukaşenko jurnalistlərə odun qırma çempionatına səfəri zamanı deyib.
ABŞ seçkilərinin nəticələrini şərh edən Belarus lideri bildirib ki, Donald Trampın qələbəsini təsəvvür etmək çətin idi. Onun fikrincə, amerikalılar qaradərili prezident seçməyə hazırdırlar, lakin qadın seçmək üçün hələ yetişməyiblər.
O, həmçinin qeyd edib ki, demokratlar məğlub olduqdan sonra tərəfdarlarını etiraza çağırmayıblar. Lukaşenko bunu “qaçaq (Mühacir-red.)müxalifət üçün elm” adlandırıb.
Tural