Belarus prezidenti Aleksandr Lukaşenko Harrisin ABŞ seçkilərindəki məğlubiyyətini şərh edərək onu “qəhrəman” qadın adlandırıb.
Kamala Harris qəhrəman qadındır, o sona kimi Trampla baş-başa mübarizə apardı və məğlub olmasına baxmayaraq ABŞ-dan kənarda da milyonların rəğbətini və sevgisini qazandı ”, - deyə Lukaşenko bildirib.
2016-cı il seçkilərindən sonra artıq ABŞ prezidenti vəzifəsini icra edən Donald Tramp noyabrın 5-də keçirilən prezident seçkilərində qalib gəlib.
Ştatlardan olan Seçicilər Kollegiyası dekabrın 17-də seçicilərin iradəsinə uyğun olaraq namizədlərə səs verməlidir, yanvarın 6-da isə yeni Konqres səsvermənin nəticələrini təsdiq edəcək. İnauqurasiya yanvarın 20-də baş tutacaq.
Oxuməni.az