AZ

Təcili yardım maşını qəzaya uğradı

Noyabrın 6-da Qusar şəhəri Çingiz Qurbanov küçəsində ağır yol qəzası baş verib.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, Qusar Rayon Mərkəzi Xəstəxanasına məxsus "Mercedes" markalı təcili tibbi yardım avtomobili, "VAZ-21140" və "Mercedes" markalı digər minik avtomobili toqquşub.

Nəticədə tibbi yardım maşınında olan həkim, tibb bacısı və sürücü, eləcə də "VAZ"ın sürücüsü xəsarət alıb.

Faktla bağlı Qusar RPŞ-də araşdırma aparılır.


Seçilən
23
17
news24.az

10Mənbələr