AZ

Təcili yardım maşını qəzaya uğradı - Xəsarət alanlar var - FOTO 

Noyabrın 6-da Qusar şəhəri Çingiz Qurbanov küçəsində ağır yol qəzası baş verib.

Referans.az qafqazinfo.az-a istinadən xəbər verir ki, Qusar Rayon Mərkəzi Xəstəxanasına məxsus "Mercedes" markalı təcili tibbi yardım avtomobili, "VAZ-21140" və "Mercedes" markalı digər minik avtomobili toqquşub.

Nəticədə tibbi yardım maşınında olan həkim, tibb bacısı və sürücü, eləcə də "VAZ"ın sürücüsü xəsarət alıb.

Faktla bağlı Qusar RPŞ-də araşdırma aparılır.




Seçilən
2
8
referans.az

10Mənbələr