Qazaxda bıçaqlanan var
Azərforum xəbər verir ki, "Report"un Qərb bürosunun məlumatına görə, Qazaxın Qazaxbəyli kəndində qohumlar arasında mübahisə qətllə nəticələnib.
1995-ci il təvəllüdlü Kənan Cəfərov mübahisə zəminində bıçaqlanıb.
Yaralı xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Onu qətlə yetirməkdə keçmiş məhkum, 1992-ci il təvəllüdlü Rəşad Məhərrəmov şübhəli bilinir. O, saxlanılıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.