AZ

Qazax sakini qətlə yetirilib

Rəşad Məhərrəmov şübhəli şəxs qismində saxlanılıb
Qazaxın Qazaxbəyli kəndində qohumlar arasında mübahisə qətllə nəticələnib.
AYNA-nın "Report"a istinadən məlumatına görə, 1995-ci il təvəllüdlü Kənan Cəfərov mübahisə zəminində bıçaqlanıb.
Yaralı xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Onu qətlə yetirməkdə keçmiş məhkum, 1992-ci il təvəllüdlü Rəşad Məhərrəmov şübhəli bilinir. O, saxlanılıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Seçilən
713
16
ayna.az

10Mənbələr