AZ

Avropa Liqası: "Qarabağ"dan ilk qələbə

“Qarabağ” UEFA Avropa Liqasında növbəti oyununu keçirib.

Sportnet az xəbər verir ki, Azərbaycan çempionu Liqa mərhələsinin IV turunda Norveçdə “Budyo-Qlimt”in qonağı olub. “Aspmüra” stadionunda oynanılan qarşılaşma Ağdam klubunun qələbəsi ilə başa çatıb - 2:1.

Hesabı 22-ci dəqiqədə baxımlı qolla Toral Bayramov açıb. Meydan sahibləri 41-ci dəqiqədə tarazlığı bərpa ediblər. Marks Berq fərqlənib. "Qarabağ"ın qələbə qoluna isə 69-cu dəqiqədə Abdullah Zubir imza atıb.

Bu, ağdamlıların Liqa mərhələsində ilk qalibiyyəti olub. "Qarabağ" bundan əvvəl keçirdiyi oyunlarda İngiltərə “Tottenhem”i ilə Niderland “Ayaks”ına 0:3, İsveçin “Malmö” kollektivinə isə 1:2 hesabı ilə uduzub.


Seçilən
31
2
sportnet.az

5Mənbələr