AZ

Avropa Liqası: “Qarabağ” ilk qələbəsini Norveçdə qazandı

“Qarabağ” UEFA Avropa Liqasında növbəti oyununu keçirib.

Msport.az xəbər verir ki, Azərbaycan çempionu Liqa mərhələsinin IV turunda Norveçdə “Budyo-Qlimt”in qonağı olub. “Aspmüra” stadionunda oynanılan qarşılaşma Ağdam klubunun qələbəsi ilə başa çatıb – 2:1.

Hesabı 22-ci dəqiqədə baxımlı qolla Toral Bayramov açıb. Meydan sahibləri 41-ci dəqiqədə tarazlığı bərpa ediblər. Marks Berq fərqlənib. “Qarabağ”ın qələbə qoluna isə 69-cu dəqiqədə Abdullah Zubir imza atıb.

Bu, ağdamlıların Liqa mərhələsində ilk qalibiyyəti olub. “Qarabağ” bundan əvvəl keçirdiyi oyunlarda İngiltərə “Tottenhem”i ilə Niderland “Ayaks”ına 0:3, İsveçin “Malmö” kollektivinə isə 1:2 hesabı ilə uduzub.

Avropa Liqası
Liqa mərhələsi, IV tur
7 noyabr
21:45. “Bodyo-Qlimt” – “Qarabağ” – 1:2
Qollar: Patrik Berq, 41 – Toral Bayramov, 22. Abdullah Zubir, 69
Baş hakim: Luiş Qodinyo (Portuqaliya)

Seçilən
13
2
msport.az

5Mənbələr