Bakı. Trend:
Medianın İnkişafı Agentliyində ölkəmizdə səfərdə olan VyetnamınJurnalistika və Kommunikasiya Akademiyasının direktoru Fam MinSonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Agentlikdən Trend-ə bildirilib ki, səfərin əsas məqsədiAzərbaycanın müvafiq ali təhsil ocaqları ilə birbaşa əlaqələrinqurulması, gələcəkdə birgə əməkdaşlıq layihələrinin həyatakeçirilməsi imkanlarının müzakirəsi və bu istiqamətdə aidiyyətiqurumlarda görüşlərin təşkilindən ibarət olub.
Görüş zamanı Medianın İnkişafı Agentliyinin İcraçı direktoruƏhməd İsmayılov ölkəmizdə media sahəsində həyata keçirilənislahatların gedişatı barədə qonaqlara ətraflı məlumat verib,Azərbaycan ilə Vyetnam arasında tarixən mövcud olan dostluqmünasibətlərinin son illər ərzində sürətlə inkişaf etdiyini,ölkələrimiz arasında qarşılıqlı əlaqələrin gücləndirilməsində,xalqlarımızın məlumatlandırılmasında media subyektlərinin böyükrolu olduğunu diqqətə çatdırıb.
Vyetnamın Jurnalistika və Kommunikasiya Akademiyasının direktoruFam Min Son isə qeyd edib ki, müasir dövrdə informasiya vəkommunikasiya texnologiyalarının sürətli inkişafı hər iki ölkəninmedia sektoru üçün yeni imkanlar və çağırışlar yaradıb, bu səbəbdənmedia sahəsində əməkdaşlığın qurulması və birgə təlimlərin təşkili,eyni zamanda, jurnalistlərin peşəkar bacarıqlarının artırılmasıvacib əhəmiyyət daşıyır.
Görüşdə gələcəkdə birgə tədqiqat layihələrinin və konfranslarıntəşkili, media sahəsində müasir tədris metodlarının tətbiqi vəpeşəkar təlim proqramlarının hazırlanması, müştərək addımlarınatılmasına dair təkliflər irəli sürülüb.