AZ

Alimlər yazının mənşəyinə dair yeni kəşfə imza atıblar

Alimlər sivilizasiyanın doğulduğu Mesopotamiya torpaqlarında yazının mənşəyinə dair yeni kəşfə imza atıblar. SİA “The İndependent” nəşrinə istinadla xəbər verir ki, yazının ilk nümunələri qədim Mesopotamiya, Misir, Çin və Maya mədəniyyətinə aid hesab olunur. Lakin İtaliyanın Bolonya Universitetindən olan tədqiqatçılar Uruk şəhərində tapılan 6000 illik qədim silindr möhürlərin üzərindəki təsvirlərlə proto-mix yazı arasında maraqlı bir əlaqə aşkarlayıblar. Bu araşdırma yazının yaranma tarixini yenidən dəyərləndirməyə imkan verir.

Alimlər müəyyənləşdiriblər ki, eramızdan əvvəl 4-cü minillikdə Urukda istifadə edilən gil möhürlər proto-mix yazısının ilkin formalarını özündə əks etdirə bilər. Bu möhürlər daha çox kənd təsərrüfatı və ticari məhsulların uçotunu aparmaq üçün hazırlanıb. Professor Silvia Ferrara bildirib ki, bu iş yazının yaradılmasına təkan verən mexanizmin möhür sisteminə əsaslandığını ilk dəfə olaraq təsdiqləyir. Onun rəhbərlik etdiyi araşdırmada, Uruk şəhərində aşkarlanan silindr möhürlərdəki simvolların sonrakı proto-mix yazı sisteminə bənzədiyini göstərib.

S.Ferrara bu mühüm kəşfi belə izah edir: “Biz Urukda yaranmış mixi yazının mənşəyi haqqında mövcud nəzəriyyələri yenidən araşdırmaq istəyirdik, gördük ki, mövcud nəzəriyyələrdən fərqli olaraq, yazı öncəsi mövcud olan silindr möhürləri yazının icadına təsir göstərən alətlər olub. Silindr möhürlər ilk dəfə olaraq yazının yalnız iqtisadi deyil, eyni zamanda, sosial və mədəni yönlərini də əks etdirib. Onların istifadə olunma üsulu, yazının semantik mahiyyətinin və məlumat ötürmə qabiliyyətinin inkişafında mühüm rol oynayıb”.

Araşdırmada S.Ferrara ilə yanaşı, Kathrin Kelley və Mattia Cartolano da iştirak ediblər. K.Kelley bu kəşfi belə izah edir: “Biz, yazının nə üçün və necə yarandığını anlamaq istəyirdik və qədim möhürləmə texnologiyasının yazıya gedən yolda təhlükəli bir rol oynadığını gördük”.

Qeyd edək ki, bu mühüm tapıntılar qədim mədəniyyətlər arasında yazının mənşəyi haqqında nəzəriyyələrə yeniliklər əlavə edir və insanların yazıya keçid tarixini daha dərin şəkildə dərk etmələrinə yardımçı olur. Hələ də Hindistan, Pakistan və Pasxa adası kimi digər qədim mədəniyyətlərin yazı sistemləri tam araşdırılmayıb və bu mövzuda əlavə tədqiqatlara ehtiyac var.

Seçilən
8
2
sia.az

10Mənbələr