Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib.
Apasport.az xəbər verir ki, ötən gün Avropa Liqasının Liqa mərhələsinin IV turunda Norveç klubu "Bodo-Qlimt"i 2:1 hesabı ilə məğlub edən "Qarabağ" ölkənin əmsalını artırıb.
Qələbə sayəsində bir pillə irəliləyərək 27-ci yerə yüksələn Azərbaycanın əmsalı 19,625-ə bərabərdir. Reytinq cədvəlində 26-cı pillədə Rumıniya (20.125) qərarlaşıb.
Qeyd edək ki, 55 ölkənin yer aldığı reytinq siyahısına İngiltərə (95.160) başçılıq edir.