Bakı. Trend:
Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib.
Trend xəbər verir ki, ötəngün Avropa Liqasının Liqa mərhələsinin IV turunda Norveç klubu"Bodo-Qlimt"i 2:1 hesabı ilə məğlub edən "Qarabağ" ölkənin əmsalınıartırıb.
Qələbə sayəsində bir pillə irəliləyərək 27-ci yerə yüksələnAzərbaycanın əmsalı 19,625-ə bərabərdir. Reytinq cədvəlində 26-cıpillədə Rumıniya (20.125) qərarlaşıb.
Qeyd edək ki, 55 ölkənin yer aldığı reytinq siyahısına İngiltərə(95.160) başçılıq edir.