AZ

Bakıda Zəfər Günü münasibətilə yürüş keçirilib - FOTO - YENİLƏNİB

Bu gün Bakı şəhərində 8 Noyabr - Zəfər Günü münasibətilə yürüş təşkil olunub.

APA xəbər verir ki, yürüş hərbi orkestrlərin müşayiəti ilə baş tutub.

Hərbi qulluqçular saat 10:00-dan yürüşə başlayıblar.

Yürüş iştirakçıları şəhərin mərkəzi küçə, prospekt və meydanlarından keçid ediblər.

***

10:04

8 Noyabr - Zəfər Günü münasibətilə Bakı şəhərinin mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüş təşkil olunub.

APA xəbər verir ki, hərbi qulluqçular saat 10:00-dan yürüşə başlayıblar.

Yürüşlər aşağıdakı marşrutlar üzrə nəzərdə tutulub:

Heydər Əliyev sarayı - Bülbül prospekti - Nizami Kino Mərkəzi - Neftçilər prospekti - Azadlıq meydanı – “AMAY” ticarət mərkəzi;

Şəhidlər Xiyabanı – “Alov Qüllələri” Kompleksi – “İçərişəhər” metrostansiyası - Qala qapısı - Azərbaycan Dövlət Kukla teatrı - Azneft dairəsi - Bəhram Gur heykəli;

Yasamal parkı - Əbdürrəhim bəy Haqverdiyev küçəsi - Hüseyn Cavid prospekti - Hüseyn Cavid parkı - Parlament prospekti - Şəhidlər Xiyabanı;

“Olimpik Star” İdman və Əyləncə Mərkəzi - Səməd Vurğun küçəsi - Zabitlər parkı - Bakı Dövlət Sirki - Heydər Əliyev Sarayı - İmadəddin Nəsimi heykəli - Neftçilər prospekti;

Nəriman Nərimanov heykəli - Mərkəzi Park - Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı - Qış parkı - Heydər Əliyev sarayı - Azərbaycan Respublikasının Mərkəzi Bankı - 28 Mall Ticarət Mərkəzi;

Bakıda Bakıda Bakıda Bakıda Bakıda Bakıda Bakıda Bakıda Bakıda Bakıda
Seçilən
5
28
apa.az

10Mənbələr