8 Noyabr - Zəfər Günü münasibətilə Bakı şəhərinin müxtəlif küçə və prospektlərində hərbi orkestrlərin müşayiəti ilə hərbçilərin yürüşləri keçirilib. SİA xəbər verir ki, yürüşlərdən əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Yürüşlər Heydər Əliyev Sarayı, Nizami Kino Mərkəzi, Üzeyir Hacıbəyli küçəsi, Rəşid Behbudov küçəsi, Mərkəzi Bank, Heydər Əliyev Sarayı, Neftçilər Prospekti, Azadlıq meydanı, "AMAY" Ticarət Mərkəzi, Şəhidlər xiyabanı, "Alov Qüllələri" kompleksi, "İçərişəhər" metrosu, Qala Qapısı, Kukla Teatrı, "Azneft" dairəsi, Bəhram Gur heykəli, Q.Musabəyov parkı, Əbdürrəhim bəy Haqverdiyev küçəsi, Hüseyn Cavid prospekti, Parlament prospekti, Şəhidlər xiyabanı, "Olimpik Star" İdman və Əyləncə Mərkəzi, Səməd Vurğun küçəsi, Zabitlər parkı, Bakı Dövlət Sirki, Heydər Əliyev Sarayı, Nəsimi heykəli, Neftçilər prospekti, Nərimanov heykəli, Mərkəzi Park, Milli Dram Teatrı, Qış Parkı, Heydər Əliyev Sarayı, Mərkəzi Bank, "28 Mall" Ticarət Mərkəzi istiqamətləri üzrə təşkil olunub.
Orkestrlər hərbi vətənpərvərlik mahnıları, marşlar səsləndiriblər.
Hərbi orkestrlərin nümunəvi çıxışları şəhər sakinlərində və qonaqlarda yüksək əhvali-ruhiyyə yaradıb.