“Dünyada vəziyyətin indiki inkişafı Avropa və Ukraynadan birlik tələb edir, onlar qlobal geosiyasi oyunun masasında olmalıdırlar, onun menyusunda yox”.
Missiya.Az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrel Budapeştdə Aİ dövlət və hökumət başçılarının qeyri-rəsmi görüşü başlamazdan əvvəl deyib.
“Süfrədə deyilsinizsə, menyuda olacaqsınız. Geosiyasi oyunun masasında deyilsinizsə, onun menyusunda olacaqsınız. Eyni sözləri Ukrayna haqqında da demək olar. Ukrayna menyuda yox, masa arxasında olmalıdır. Ona görə də biz Ukraynanın müstəqilliyini və suverenliyini dəstəkləməyə davam etməliyik. Bunun baş verməməsi üçün biz Ukrayna qarşısında öhdəliklərimizi yerinə yetirməyə davam etməliyik", - deyə siyasətçi vurğulayıb.
Daşqın HəsənovMissiya.Az