AZ

Josep Borrell Aİ diplomatiyasının rəhbəri kimi Kiyevə sonuncu səfərini edib

Avropa İttifaqı (Aİ) diplomatiyasının rəhbəri Josep Borrell Kiyevdə səfərdədir.

Bu barədə Borrel özü "X” sosial şəbəkəsində məlumat verib.

O vurğulayıb ki, bu, onun Rusiya ilə Ukrayna arasında müharibə başlayandan bəri Ukrayna paytaxtına beşinci, Aİ-nin ali nümayəndəsi simasında isə sonuncu səfəridir.

"Ukraynanı dəstəkləmək mandatım dövründə şəxsi prioritetim olub və Aİ gündəminin əsas mövzusu olaraq qalacaq”, - o yazıb.
 
 

Seçilən
49
16
7news.az

10Mənbələr