Sabahdan etibarən COP29-un “Yaşıl zona”sına bilet satışı başlayır.
Modern.az xəbər verir ki, COP29-da yaşıl zona üzrə tamaşaçı qismində iştirak etmək istəyənlər “İticket.az”dan bilet əldə edə bilərlər.
Məhdud sayda olan biletlər pulsuz veriləcək.
Müəyyən tarix üçün nəzərdə tutulan bütün biletlər tükəndikcə satış dayandırılacaq.