Sabahdan etibarən COP29-un “Yaşıl zona”sına bilet satışı başlayır.
Apress.az xəbər verir ki, COP29-da yaşıl zona üzrə tamaşaçı qismində iştirak etmək istəyənlər “İticket.az”dan bilet əldə edə bilərlər.
Müəyyən tarix üçün nəzərdə tutulan bütün biletlər tükəndikcə satış dayandırılacaq.
Xatırladaq ki, Bakı Olimpiya Stadionunda keçiriləcək COP29 konfransı 11-22 noyabr aralığını əhatə edəcək.