Türkiyənin xarici işlər naziri Hakan Fidan Afinada yunanıstanlı həmkarı Yorgo Gerapetritis Qafqazdakı durumu da müzakirə ediblər...
“Report” xəbər verir ki, bu barədə Y.Gerapetritis birgə mətbuat konfransında çıxışı zamanı deyib.
O bildirib ki, tərəflər həmçinin Şərqi Avropa və Yaxın Şərqdəki durum barədə də danışıblar.
***
Türkiyənin xarici işlər naziri Hakan Fidan Afinada yunanıstanlı həmkarı Yorgo Gerapetritis ilə görüşüb.
“Report” xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Qeyd olunub ki, tərəflər ikitərəfli və regional məsələləri müzakirə ediblər.
Daha əvvəl bildirilmişdi ki, nazirlər bu görüşdə münasibətlərin normallaşdırılması və qarşılıqlı ticarət həcminin artırılması barədə danışacaqlar.
Poliqon.info