AZ

Hakan Fidan yunanıstanlı həmkarı ilə Qafqazdakı durumu müzakirə edib - YENİLƏNİB

Türkiyənin xarici işlər naziri Hakan Fidan Afinada yunanıstanlı həmkarı Yorgo Gerapetritis Qafqazdakı durumu da müzakirə ediblər.

“Report” xəbər verir ki, bu barədə Y.Gerapetritis birgə mətbuat konfransında çıxışı zamanı deyib.

O bildirib ki, tərəflər həmçinin Şərqi Avropa və Yaxın Şərqdəki durum barədə də danışıblar.

14:40

Türkiyənin xarici işlər naziri Hakan Fidan Afinada yunanıstanlı həmkarı Yorgo Gerapetritis ilə görüşüb.

“Report” xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Qeyd olunub ki, tərəflər ikitərəfli və regional məsələləri müzakirə ediblər.

Daha əvvəl bildirilmişdi ki, nazirlər bu görüşdə münasibətlərin normallaşdırılması və qarşılıqlı ticarət həcminin artırılması barədə danışacaqlar.

Seçilən
6
12
far.az

10Mənbələr