1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
İstanbulun tarixi Qalata qülləsi Azərbaycanın Dövlət Bayrağı və xarıbülbül rəsmləri ilə işıqlandırılıb.
Oxu.Az xəbər verir ki, proyeksiya 8 Noyabr - Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə həyata keçirilib.
Sözügedən tədbir Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun təşəbbüsü və Türkiyənin bir sıra dövlət qurumlarının dəstəyi ilə baş tutub.