Gürcüstan və Ermənistan sərhəd zolağında 3 bal gücündə zəlzələ baş verib.
Referans.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin xilasetmə xidməti məlumat yayıb.
Zəlzələ noyabrın 9-da yerli vaxtla saat 10:35-də (GMT 10:31) Bavra kəndindən 14 km şimal-şərqdə baş verib. Zəlzələnin coğrafi koordinatları 41․22⁰ şimal eni və 43,91⁰ şərq uzunluğudur.
Zəlzələnin ocağı 10 km dərinlikdə, maqnitudası 2,3 olub.
Episentrdə yeraltı təkanların gücü 3 bal olub. Zəlzələ rayonun Bavra, Sarağyux, Sizavet, Tavşut, Kazançı kəndlərində 2-3 bal gücündə hiss olunub.
Dağıntılar, ölən və yaralananlar haqda xəbər yoxdur.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta