AZ

Gürcüstan-Ermənistan sərhədində zəlzələ oldu

Gürcüstan və Ermənistan sərhəd zolağında 3 bal gücündə zəlzələ baş verib.

Korrespondent.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə xidməti məlumat yayıb.

Məlumata görə, zəlzələ noyabrın 9-da yerli vaxtla saat 10:35-də (GMT 10:31) Bavra kəndindən 14 km şimal-şərqdə qeydə alınıb, ocağı 10 km dərinlikdə olub.

Zəlzələ rayonun Bavra, Sarağyux, Sizavet, Tavşut, Qazançı kəndlərində 2-3 bal gücündə hiss olunub.

Seçilən
59
7
korrespondent.az

10Mənbələr