Publika.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir
Qoç - fəaliyyət sahəsində anlaşılmazlıqlar və çətinliklər ola bilər. Planlaşdırılmış görüşü təxirə salmalı olacaqsınız. Bəzi işləri ertələyin. Sakit və təmkinli davransanız, qarşılaşdığınız çətinlikləri dəf edəcəksiniz.
Günün ikinci yarısıda yeni müttəfiqlərlə çalışa bilrsiniz. Onların sayəsində çoxdankı rəqiblərin öhdəsindən gələ bilərsiniz.
Toplantılara, insanların gur olduğu yerlərə yollanmaq üçün əlverişli zaman deyil. Axşam saatlarını yaxınlarınızla birlikdə keçirin. Həzm sistemində problemlər yarana bilər. Kulinar eksperimentlərdən imtina edin.
Buğa - aktiv fəaliyyət üçün əlverişli zamandır. Yorucu, mürəkkəb, xüsusi bacarıq və bilik tələb edən məsələlərdən qaçmayın. Əsas nüansa diqqət yetirərək ikinci dərəcəli məqamları arxa plana keçirin. Mühüm problemin həlli ilə məşğul olarkən kiçik işləri yardımçı və ya şəriklərinizə həvalə edin.
Günün ikinci yarısında özünüzü ifrat dərəcədə yormayın. Yorğunluq diqqətsizliyə və səhvlərə səbəb olur.
Əkizlər - yaxınlarınızla dil tapmaqda çətinlik çəkəcəksiniz. Adi günlərdən fərqli olaraq onlar daha müfəssəl və geniş izahat tələb edirlər. Travma riskli gündür. Sükan arxasında diqqətli olun, iti alətlər və alovla ehtiyatlı davranın.
Problemlər az deyil. Heç gözləmədiyiniz müstəvi və sahələrdə çətinliklərlə qarşılaşacaqsınız. İşdə rəhbərliklə fikir ayrılıqları və münaqişələr mümkündür. Həmkarlarla mübahisə etməyin. Maliyyə məsələlərinə görə ixtilaflar yaratmayın. İş yerindəki müəyyən diskomforta rəğmən uğurlarınız ətrafınızdakı insanlarda paxıllıq hissi yaradacaq.
Xərçəng - alış-veriş üçün münasib gün deyil. Qənaətli davranın, amma simiclik etməyin. Yaşlı qohumlarınız sizə mənəvi dəstək və yaxşı məsləhətlər verəcəklər.
Vaxtınızı mənasız işlərə sərf etməyin. Maraqlı və məhsuldar gündür. Yaranan imkanlardan yararlanın. Önəmli işləri ertəmələyin, problemlərin çözümünü təxirə salmayın.
Axşam saatlarına yaxın yeni işə başlayın. Tərəfdaşlarla səyləri birləşdirmək gərəkdir. Görüləcək işlərin miqyası sizi narahat etməsin. Hətta ən mürəkkəb layihələri vaxtında başa vuracaqsınız.
Şir - fəaliyyət sahənizdə ciddi irəliləyişə nail olmaq üçün aktiv işləyin. Uğurlarınızdan dostlarınızla bahəm, bədxahlar da xəbər tutacaqlar. Onlar sizə zərbə vurmaq istəyəcəklər.
Lakin müsbət təmayüllərin təsiri güclü olduğundan işlərinizə kimsə mane ola bilməyəcək.
Günün ikinci yarısında yaxınlarınızla münasibətlər rəvan və harmonik olmalıdır. Romantika, macəra, sərgüzəşt arayırsınızsa, diqqətli davranın. Yaradıcılıq potensialınız yüksəkdir.
Qız - günlə bağlı planlaşdırdığınız işlərin hamısının öhdəsindən gəlmək asan deyil. İmkanlarınızı olduğundan artıq dəyərləndirməyin. Yerinə yetirə bilməyəcəyiniz vədlər verməyin. Ruhdan düşməyin, bədbinliyə qapılmayın.
Tərəfdaş və ya şəriklərin yardımlarından yararlanaraq sədləri dəf edə bilərsiniz.
Günün ikinci yarısında yeni tərəfdaşla tanış olacaqsınız. Əməkdaşlıq çox məhsuldar ola bilər.
Maliyyə məsələlərində ehtiyatlı olun. Pullarınızı düşünülməmiş şəkildə sərf etməyin. Gərəksiz əşyalar almayın. Sevdiyiniz insanla axşam saatlarında ünsiyyətdə ehtiyatlı olun.
Tərəzi - işgüzar danışıqlar aparmaq üçün münasib zamandır. Uzaqdan gəlmiş insanlarla təmaslarda sayıq olun. Kommersiya və ya bizneslə məşğulsunuzsa, fəaliyyət sahəsini genişləndirmək olar. Sərfəli anlaşma üçün müzakirələrə başlayın. Düşünülmüş planla yanaşı, sərmayəyə ehtiyacınız var.
Günün ikinci yarısında işdə həmkarlar və rəhbərliklə münasibətləri normallaşdırın. Ümumi ab-havanı yaxşılaşdırın.