AZ

Yeni nazir ELAN ETDİ - HƏMAS və "Hizbullah" məğlub edildi

İsrail Müdafiə Qüvvələri (IDF) Fələstinin radikal HƏMAS hərəkatı və Livanın "Hizbullah" hərəkatını məğlub etməyi bacarıb. 


Referans.az publika.az-a istinadən xəbər verir ki, bunu İsrailin yeni müdafiə naziri İsrael Katz deyib.


“Həmas təşkilati baxımdan məğlub olub, baxmayaraq ki, Qəzza zolağında hələ də səpələnmiş terrorçu qruplar var. Bizim vəzifəmiz onların Qəzza zolağında yenidən hakimiyyəti ələ keçirmələrinin qarşısını almaqdır”, - deyə nazir bildirib.


Katzın sözlərinə görə, bu gün İsrailin Livanla sərhəd bölgələrinə endirdiyi zərbələr "Hizbullah"ın məğlubiyyətinə səbəb olduğu üçün hərbi məktəblərdə öyrəniləcək.


"İndi bizim vəzifəmiz təzyiqləri davam etdirmək və bu qələbənin bəhrələrini dərk etmək, Livanda təhlükəsizlik vəziyyətində dəyişiklikləri təmin etməkdir", - Katz vurğulayıb.


Xatırladaq ki, Noyabrın 5-də Netanyahu müdafiə naziri Yoav Qalantı istefaya göndərdiyini açıqlayıb. O, bunu son aylarda inamın itirilməsi ilə əlaqələndirib.


Bir neçə cəbhədə hərbi əməliyyatların qızğın vaxtında Müdafiə Nazirliyində baş verən dəyişikliklər Təl-Əviv küçələrində etiraz aksiyalarına səbəb olub. Müxalifət israilliləri küçələrə çıxmağa və qərara qarşı çıxmağa çağırıb.

Seçilən
123
50
referans.az

10Mənbələr