Qəhvə içmək mədəniyyəti bütün dünyada geniş yayılıb. Buna görə də ona əsaslanan çoxlu sayda maraqlı içkilər meydana çıxıb.
Medianews.az Lent.az-a istinadən qeyri-adi və orijinal qəhvə növlərini təqdim edir:
Kömür lattesi
Maraqlıdır ki, bu lattedə qəhvənin özü yoxdur. O aktivləşdirilmiş karbonla əvəz olunur. Südlə birləşdirilir və latte kimi verilir. Bu içki sağlamlaşdırıcı agent kimi əla reputasiyaya malikdir.
Şərab qəhvəsi
İki məşhur içkinin maraqlı birləşməsi bir çox qurmanların ürəyini fəth edib. Bu növ qəhvənin unikallığı ondan ibarətdir ki, paxlalar şərabla birlikdə istiliyin təsirinə məruz qalır. İçki maraqlı və son dərəcə qeyri-adi olur.
Pendir ilə qəhvə
Hətta bu içkini özünüz də sınaya bilərsiniz. Bir fincan qəhvəyə az miqdarda sərt pendir əlavə etmək lazımdır. Bildirilir ki, belə qəhvə aclığı doyurur və orijinal dada malikdir.