Xəbər verdiyimiz kimi, İstanbul Cümhuriyyət Prokurorluğunun sosial mediada “qanunsuz mərc oyunlarına təşviq etmə” maddəsi ilə başlatdığı istintaq çərçivəsində məşhur aparıcı Mehmet Ali Erbil və müğənni Serdar Ortaç saxlanılıb.
“Qafqazinfo”nun NTV-yə istinadən məlumatına görə, məşhurlar da daxil olmaqla ümumilikdə 20 nəfər saxlanılaraq məhkəməyə aparılıb.
Keçmiş futbolçu Batuhan Karadeniz, sosial media fenomenləri İbrahim Yılmaz, Muzaffer Zorbey Erkoçlar, Sefa Caner Sarıçam, eyni zamanda həm Rusiya, həm də Türkiyə vətəndaşı olan Aleksander Mensikof saxlanılanlar arasındadırlar.
Türkiyəli məşhurların məhkəməyə aparılması görüntülərini təqdim edirik: