İstanbul Cümhuriyyət Prokurorluğunun sosial mediada “qanunsuz mərc oyunlarına təşviq etmə” maddəsi ilə başlatdığı istintaq çərçivəsində məşhur müğənni Serdar Ortaç və aparıcı Mehmet Ali Erbil saxlanılıb.
“Qafqazinfo”nun NTV-yə istinadən məlumatına görə, məşhurlar da daxil olmaqla ümumilikdə 20 nəfər saxlanılaraq məhkəməyə aparılıb.
Keçmiş futbolçu Batuhan Karadeniz, sosial media fenomenləri İbrahim Yılmaz, Muzaffer Zorbey Erkoçlar, Sefa Caner Sarıçam, eyni zamanda həm Rusiya, həm də Türkiyə vətəndaşı olan Aleksander Mensikof saxlanılanlar arasındadır.
Türkiyəli məşhurların məhkəməyə aparılması görüntülərini təqdim edirik:
"Cebheinfo.az"