AZ

Mişel COP29 ilə bağlı paylaşım edib: "Ədalətli və inklüziv keçid üçün tədbir görməliyik"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı paylaşımında ədalətli və inklüziv keçid üçün çağırış edib.
Oxu.Az xəbər verir ki, bu barədə belçikalı siyasətçi "X" sosial şəbəkəsində qeyd edib.
"Kollektiv mübarizəmiz ekzistensial önəm daşıyır. Kollektiv intihar yerinə sağ qalma instinktini seçməliyik. Eyni zamanda, ədalətli və inklüziv keçid üçün tədbir görməliyik", - o yazıb.
Aİ-nin ali məmuru Avropa icmasının bu çağırışı qəbul etməyə hazır olduğunu vurğulayıb.
Seçilən
38
50
oxu.az

10Mənbələr