AZ

UNICEF və ÜST uşaqların sağlamlığı naminə təcili tədbirlərlə bağlı çağırış etdi

UNICEF və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COP29 konfransı çərçivəsində “İqlim dəyişikliyi ilə mübarizə tədbirləri üzrə sağlamlıq arqumenti” adlı birgə tədbir təşkil edib.

Bu barədə Viral.az UNICEF-in “X” sosial şəbəkəsindəki səhifəsinə istinadən məlumat verib.

Müzakirələrdə İspaniyanın Baş naziri Pedro Sançes də iştirak edib.

Son Yazılar:

“Tərəqqiyə təhlükə: iqlim dəyişikliyinin uşaqların sağlamlığına və rifahına təsirinə qarşı mübarizə” adlı hesabat təqdim edilib. Hesabatda təcili tədbirlərin görülməsinin vacibliyi vurğulanır.

UNICEF-in icraçı direktorunun müavini Kitti van der Heyden uşaqların iqlim böhranı qarşısında xüsusi həssaslığını qeyd edərək təxirəsalınmaz tədbirlərin görülməsinə çağırıb.

Seçilən
7
50
viral.az

10Mənbələr