AZ

“Şəfəq” Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib YENİLƏNİB

Azərbaycan Respublikası hökuməti və “Şəfəq (Cəbrayıl) Solar limited” şirkəti arasında 240 MVt gücündə günəş elektrik stansiyası layihəsi üzrə investisiya müqaviləsinin imzalanma mərasimi keçirilib.

Xezerxeber.az xəbər verir ki, COP29 çərçivəsində baş tutan imzalanmadan sonra “Şəfəq” Günəş Elektrik Stansiyası üzrə torpaq icarə müqaviləsinin imzalanması mərasimi baş tutub.

Müqavilələri Azərbaycanın energetika naziri Pərviz Şahbazov və bp-nin baş direktoru Murrey Okinkloss imzalayıblar.

Mərasimin sonunda 240 MVt gücündə “Şəfəq” Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi baş tutub.

10:45

Energetika Nazirliyinin COP29 çərçivəsində keçirəcəyi tədbirlərin siyahısı açıqlanıb

Xezerxeber.az xəbər verir ki, bu gün keçiriləcək görüş zamanı nazirlər səviyyəsində keçiriləcək müzakirələrdə bərpaolunan mənbələrin üçqat artırılması və enerji səmərəliliyinin ikiqat artırılması üçün investisiyaların genişləndirilməsi müzakirə ediləcək.

Eyni zamanda, bp ilə Cəbrayıl rayonunda 240 meqavat gücündəki Şəfəq Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi və Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində Strateji Tərəfdaşlıq haqqında Sazişə uyğun olaraq Nazirlərin 9-cu iclasının keçirilməsi planlaşdırılır.

Seçilən
5
10
xezerxeber.az

10Mənbələr