“Şəfəq” Günəş Elektrik Stansiyasının təməli qoyuldu
Azərbaycan hökuməti və “Şəfəq (Cəbrayıl) Solar limited” şirkəti arasında 240 MVt gücündə günəş elektrik stansiyası layihəsi üzrə investisiya müqaviləsinin imzalanma mərasimi keçirilib.
Yeniavaz.com xəbər verir ki, COP29 çərçivəsində baş tutan imzalanmadan sonra “Şəfəq” Günəş Elektrik Stansiyası üzrə torpaq icarə müqaviləsinin imzalanması mərasimi baş tutub.
Müqavilələri Azərbaycanın energetika naziri Pərviz Şahbazov və bp-nin baş direktoru Murrey Okinkloss imzalayıblar.