AZ

Əbülfəs Qarayev ABŞ-yə qaçıb? - Açıqlama

“Mən heç yerə qaçmamışam. Ölkədən niyə qaçmalıyam ki?!"

Bunu Bakupost.az -a sabiq mədəniyyət naziri Əbülfəs Qarayev ABŞ-də yayılan görüntüyə və ölkədən qaçması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirərkən deyib.

Sabiq nazir elmi işlərlə məşğul olduğunu bildirib: "Həmin yayılan videoya isə elmi konfransa gedərkən təsadüfən düşmüşəm. Hazırda İngiltərədə mühazirə oxumaq üçün dəvət almışam və ora hazırlaşıram".

Ə.Qarayev Azərbaycan Turizm və Menecement Universitetində dosent çalışdığını vurğulayıb.

"Eyni zamanda İngiltərənin Koventri Universitetin fəxri doktoru, visiting professoruyam",- deyə Əbülfəz Qarayev əlavə edib.

Qeyd edək ki, qazaxıstanlı bloger Madina Su Nyu-Yorkun məşhur 5-ci prospektində (New York, Avenue 5) doğum günü videosunu çəkərkən, təsadüfən həmin anda küçədən keçən Əbülfəs Qarayev də videoya düşüb.

Seçilən
22
3
bakupost.az

10Mənbələr