AZ

Əbülfəs Qarayev "ölkədən qaçıb" deyənlərə CAVAB VERDİ - VİDEO

Azərbaycanın keçmiş mədəniyyət naziri Əbülfəs Qarayev ABŞ-nin Nyu-York şəhərində görüntülənib. O, küçədə video çəkən qazaxıstanlı bloger Madina Sunun kamerasına tuş gəlib. İnfluenser həmin videonu sosial şəbəkə hesablarında paylaşıb.

 

Videonun paylaşılmasından sonra sosial şəbəkələrdə və mətbuatda Əbülfəs Qarayevin Azərbaycanı tərk etdiyi və ABŞ-yə köçdüyü barədə iddialar yayılıb. 

 

Modern.az məsələni dəqiqləşdirmək üçün sabiq nazirlə əlaqə saxlayıb.

 

O, saytımıza açıqlamasında iddiaların yalan olduğunu bildirib.

 

"Yayılan videodan da, gedən boş-boş söhbətlərdən məlumatım var. İnanmayın. Hər dəfə müsahibələrdə də demişəm mən müəlliməm, elmi işlərlə məşğulam. Belə səfərlərə getmək ölkədən qaçmaq demək deyil. Həmin gün isə konfransa gedərkən təsadüfən düşmüşəm. ABŞ-dən sonra isə Böyük Britaniyaya nüfuzlu elmi konfransa mühazirə oxumaq üçün dəvət almışam", - Əbülfəs Qarayev qeyd edib.

 

Sabiq nazir vurğulayıb ki, o, hazırda Azərbaycan Turizm və Menecement Universitetinin dosenti, həmçinin İngiltərənin Koventri Universitetin fəxri doktoru və "visiting professor"udur.

 

Qeyd edək ki, Əbülfəs Qarayev 1956-ci ildə Bakı şəhərində anadan olub. Sabiq nazir sabah, noyabrın 13-də 68 yaşını qeyd edəcək.

 

O, 1994–2001-ci illərdə gənclər və idman naziri, 2001–2006-cı illərdə gənclər, idman və turizm naziri, 2006–2018-ci illərdə mədəniyyət və turizm naziri, 2018-2020-ci illərdə mədəniyyət naziri vəzifələrində çalışıb.

TURAN

 

Seçilən
5
2
turanpress.com

10Mənbələr