İsrail Ordusu Livanın paytaxtı Beyrutun ətrafında yerləşən, radikal \"Hizbullah\" təşkilatına aid raket istehsalı və silah anbarlarının böyük hissəsini məhv edib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İsrail Ordusunun Mətbuat xidməti məlumat yayıb.
Hücumlar Beyrutun ətrafında \"Hizbullah\"ın əsas bazası sayılan Dahiyə şəhərində həyata keçirilib.
Bildirilir ki, İsrail hərbi kəşfiyyatı bu obyektlərin yerləşdiyi barədə məlumatları illər ərzində toplayıb və nəticədə, bir neçə həftə ərzində İsrail Hərbi Hava Qüvvələrinin çoxsaylı hava zərbələri ilə həmin şəbəkənin böyük hissəsini məhv etmək mümkün olub.
\"Zərbələr zamanı bir çox partlayışlar qeydə alınıb, bu da infrastruktur obyektlərində silahların olduğunu təsdiqləyir\", - Mətbuat xidmətindən bildirilib.