AZ

İsrail Ordusu "Hizbullah"ın raket istehsalı zavodlarını MƏHV ETDİ

Beyrut ətraflarında Livanın "Hizbullah" hərəkatının silah anbarları və raket istehsalı müəssisələrinin əsas hissəsi məhv edilib.

Publika.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.

"İsrail Müdafiə Qüvvələri "Hizbullah"ın Dahiya bölgəsindəki silah anbarlarının və raket istehsalı obyektlərinin əksəriyyətini məhv edib", - nəşr qeyd ediB.

IDF bildirib ki, "Hizbullah" son 20 ildə Dahiyədə onlarla anbar və silah istehsalı müəssisəsi yaradıb.

"Mülki binaların altında sistematik olaraq gizlədilən bu obyektlərdə İsrailə ciddi ziyan vurmaq üçün yüzlərlə raket istehsal edilib və saxlanılıb", - Müdafiə Nazirliyi vurğulayıb.

Seçilən
8
14
publika.az

10Mənbələr