AZ

COP for Hope: Ümid edirik ki, iqlim maliyyələşdirməsini həyata keçirən ölkələr öz öhdəliklərini sonuna qədər yerinə yetirəcəklər - Nepal XİN

Budəfəki müsahibimiz Nepalın Xarici İşlər Nazirliyinin katibi Amrit Bahadur Raidir.

Olaylar xəbər verir ki,O Trend-ə açıqlamasında bildirib ki, iqlim maliyyələşdirməsini həyata keçirən ölkələrin ortaya çıxıb öz öhdəliklərini sonuna qədər yerinə yetirəcəklərinə ümid edir.

Onun sözlərinə görə, COP29-da iştirak Nepal üçün xüsusi əhəmiyyət kəsb edir:

"Bu konfransda iștirak bizim üçün vacibdir. Çünki iqlim dəyişiklikləri ilə mübarizədə iqtisadiyyatımızın getdikcə tükənməsindən narahatlığımız var və bu, təkcə Nepal üçün deyil, ağıllı sistemdə buna əsaslanan bir sıra inkişaf etmiş ölkələr və milyonlarla insan üçündür. Biz birlikdə həyatımızı necə xilas edəcəyimizə diqqət yetirməliyik. Hamımız iqlim dəyişikliyinə qarşı birlikdə çalışmalıyıq. Çünki bu, qlobal məsələdir.

İnkişaf etmiş ölkələrin indiki öhdəliklərini yerinə yetirməli olduğunu bilirsiniz. Ümid edirik ki, iqlim maliyyələşdirməsini həyata keçirən ölkələr ortaya çıxıb öz öhdəliklərini sonuna qədər yerinə yetirəcəklər".

"Əlbəttə ki, bu öhdəliklərin yerinə yetirilməsində COP29 konfransı olduqca vacibdir. Ümid edirik ki, burada ölkələr qlobal iqlim dəyişiklikləri ilə mübarizədə daha çox maliyyə və daha çox texnologiya transferi ilə razılaşacaqlar", - o əlavə edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilib.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
12
42
olaylar.az

10Mənbələr