AZ

COP for Hope: İnkişaf etmiş ölkələrin maliyyə dəstəyinə ehtiyacımız var - Boliviya nümayəndə heyətinin rəhbəri

Bakı. Trend:

COP29 çərçivəsində Trend BİA “COP for Hope” adlıxüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi iləmübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkərəhbərlərinin və müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, elm vəekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkanyaradır.

Budəfəki müsahibimiz Boliviya nümayəndə heyətininrəhbəri Dieqo Paçeko Balanza

Müsahib Trend-ə deyib ki, əslində, bizim inkişaf etmiş ölkələrinmaliyyə dəstəyinə ehtiyacımız var.

O, iqlim dəyişiklikləri ilə mübarizədə COP29 çərçivəsindəinkişaf etmiş ölkələrin üzərlərinə götürdükləri öhdəlikləri yerinəyetirəcəklərimə ümidvar olduğunu bildirib:

"Əslində, bizim inkişaf etmiş ölkələrin maliyyə dəstəyinəehtiyacımız var. Burada uzun illərdir ki, böyük və yerinəyetirilməmiş öhdəlikdən gedir. Ona görə də biz gözləyirik ki,COP29-da bütün inkişaf etməkdə olan ölkələr bu istiqamətdəəhəmiyyətli addımlarını atacaqlar", - boliviyalı müsahibvurğulayıb.

"İnkişaf etməkdə olan ölkələr inkişafın ehtiyaclarına cavabvermək üçün ildə 1,3 trilyon dollara sahib olmağa çalışırlar.Təhlükəsizlik əsasən həm də dövlət maliyyəsinə əsaslanmalıdır.

Pul indi dünyada müharibələrdə xərclənir və bu, inkişaf etmişbir çox ölkələrin real siyasi istəyidir", - o qeyd edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlimDəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimikeçirilib.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
22
42
az.trend.az

10Mənbələr