AZ

“Çox bəsit və iyrənc görünür, qəti əleyhinəyəm”-Könül Kərimova

“Efirə ehtiyacım yoxdur, bu cür çıxmaqdansa çıxmamaq daha yaxşıdır”
 
“Efirlərdə əvvəlki dəyərlər qalmayıb, demək olar ki, tamamilə silinib. Ona görə də o istək, həvəs, arzu, maraq yoxdur. Efirlərə hansısa televiziyanın, hörmət etdiyim aparıcının xatirinə gedirəm. Ən əsası heç nəyin fərqi yoxdur. Efirə çıxsan da, çıxmasan da. Bugünki gündə efirə çıxan müğənnilərin televiziyaya ehtiyacları var. Gəncdirlər, yenidirlər, amma bizim nəsil müğənnilərin efirə ehtiyacı yoxdur. Ona görə də nə həvəs qalıb, nə də maraq”
 
Bunu Moderator.az-a açıqlamasında əməkdar artist, sevilən müğənni Könül Kərimova deyib. O daha sonra əlavə edib:
“Bu gün sosial şəbəkələr televiziyaları üstələyib. Bizim həvəssiz olmağımız da elə burdan yaranıb. Hər zaman televiziyaları əlçatmaz, çox hörmətli görmüşük. Sehrli qutu bilmişik televizoru. İndi televiziyanın dəyəri qalmayıb. Baxırsan ki, efirə bu cür çıxmaqdansa çıxmamaq daha yaxşıdır. Ən azından efirə çıxmamaqla özün-özünə dəyər verirsən” deyə müğənni bildirib.
Əməkdar artist sevilən mahnıları savadsızcasına aranjiman edib, dəyişən gənclərdən də danışıb:
 
“Buna o qədər də yaxşı baxmıram. Yenilik, dəyişim, fərqlilik gözəldir, amma əndazədən çıxmamaq şərtilə. Tamamilə mahnının qolunu-qanadını sındırmaq, hisslərini məhv etmək olmaz. Mahnı canlı olmasa da insan taleyi kimi onun da hissləri var. Ona görə də aşırı dəyişikliyi çox çətin qəbul edirəm. Çox savadlı, peşəkar gənclərimiz var ki, hər şeyi öz qaydasında edirlər. Rəng qatırlar. Adama xoş gəlir. Bəzən isə hədsiz dərəcədə yersiz, çərvivədən çıxacaq dərəcədə iyrənc və bəsit görünür. Qəti əleyhinəyəm! Müasirliyi də bilirəm, yeniliyi də. Amma hər şeyin bir əndazəsi var. Qaydasında, ölçüsündə olmalıdır. Ölçüdən kənara çıxmaq heç vaxt yaxşı ola bilməz” deyə sənətkar bildirib.
Seçilən
72
49
moderator.az

10Mənbələr