AZ

CNN: Trampın vəkili ABŞ baş prokurorunun müavini ola bilər

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp baş prokurorun müavini vəzifəsinə vəkili Todd Blanşın namizədliyini irəli sürə bilər.

APA xəbər verir ki, bu barədə CNN kanalı mənbələrə istinadən məlumat yayıb.

Blanş bir il yarımdır ki, Trampın maraqlarını təmsil edərək məhkəmələr zamanı onu müdafiə edir. Telekanalın mənbələrinin qeyd etdiyi kimi, bu müddət ərzində Blanş Trampa yaxınlaşıb. Onu tez-tez siyasətçinin iqamətgahının yerləşdiyi Palm Biçdə (Florida) Trampın əhatəsində görürlər.

Qeyd edək ki, hazırda ABŞ-ın baş prokurorunun müavini vəzifəsini Liza Monako tutur. CNN qeyd edir ki, bu, ABŞ Ədliyyə Nazirliyində ikinci ən mühüm mövqedir.

Seçilən
82
6
apa.az

6Mənbələr