AZ

CNN: Trampın vəkili ABŞ baş prokurorunun müavini ola bilər

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp baş prokurorun müavini vəzifəsinə vəkili Todd Blanşın namizədliyini irəli sürə bilər.

“Report” xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Blanş bir il yarımdır ki, Trampın maraqlarını təmsil edir. Vurğulanıb ki, bu müddət ərzində Blanş Trampla yaxınlaşıb, onu tez-tez siyasətçinin Mar-a-Laqo iqamətgahında yeni prezidentin əhatəsində görürlər.

Hazırda ABŞ-ın baş prokurorunun müavini vəzifəsini Liza Monako tutur. Bu, ABŞ Ədliyyə Nazirliyində ikinci ən mühüm mövqedir. Bundan əvvəl Tramp respublikaçı konqresmen Mett Getzin ABŞ-ın baş prokuroru vəzifəsinə namizədliyini irəli sürüb.

Seçilən
32
6
far.az

6Mənbələr