Bakı. Trend
Uyğunlaşma üçün maliyyələşdirmə çatışmazlığı 2030-cu ilə qədərhər il 87 milyard ABŞ dolları həcmində qiymətləndirilir.
Trend xəbər verir ki, bunuBöyük Britaniyanın Xəzinədarlıq maliyyə Katibi Lord Livermor "İqlimtədbirləri üçün səfərbərlik: Paris sazişini həyata keçirən ölkələr,çoxtərəfli maliyyə təşkilatları və özəl sektor" mövzusundakeçirilən panel müzakirəsi zamanı bildirib.
"Maliyyələşdirmə, şübhəsiz ki, mühüm və katalizator rolunuoynayır, lakin heç vaxt ehtiyacları tamamilə ödəyə bilməz. 2022-ciildə adaptasiya üçün maliyyələşdirmə axınları 63 milyard ABŞdolları təşkil etsə də, bu, ümumi iqlim maliyyələşdirilməsinin cəmi5 faizini əhatə edir. Ən böyük ehtiyaclar dayanıqlı infrastruktur,o cümlədən, fəlakətlərin qarşısının alınması və inkişaf etməkdəolan iqtisadiyyatlar üçün kənd təsərrüfatına aiddir", - deyə obildirib.
Lord Livermorun sözlərinə görə, adaptasiya üçünmaliyyələşdirmənin əsas hissəsi ictimai mənbələrdən, əsasən,suveren borc şəklində daxil olur. Afrikaya gəldikdə, adaptasiyaüçün maliyyələşdirmənin cəmi 3 faizi institusional investorlartərəfindən təmin edilir. Buna görə də bu kontekstlərdə adaptasiyaüçün özəl investisiyaların səfərbər edilməsi istiqamətində əlavəaddımlar atılmalıdır.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.