AZ

"Azərbaycan millisi başqa qrupda olsaydı, fərqli nəticə ola bilərdi"

Millimiz Millətlər Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində sabah Qəbələdə Estoniya seçməsini qəbul edəcək.

"Football-plus.az" xəbər verir ki, Estoniya millisinin baş məşqçisi Yurgen Henn matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Uzun səfərin oyuna təsiri ola bilər?
- Xeyr, hər şey yaxşıdı. Planları yaxşı həyata keçirmişik. Qonaqpərvərliyi xüsusi qeyd etmək istəyərdim. Çox yüksək səviyyədə təşkil olunub. Hər zaman olduğu kimi Azərbaycanda hər şey yaxşıdı.

- İlk matçda Azərbaycana qalib gəldiniz. Sizin kimi gənc məşqçi Avropa çempionu olmuş Fernando Santuşu məğlub etdi. Bu qələbədən sonra Estoniyada sizə münasibət necə oldu?
- Bu haqda heç vaxt düşünməmişik. Önəmli olan komandanın performansıdı. Əlbəttə, Fernando Santuşa qarşı oynamaq mənim üçün böyük qürur idi.

- Azərbaycanda belə təəssürat var ki, D Liqasına düşsək, faciə olacaq. Bəs Estoniyada fikirlər necədi?
- Məncə, hər yerdə belədi. Hər komanda istəyər ki, daha yüksək liqada çıxış etsin. Aşağı liqaya düşsək, bizdə də faciə sayılacaq. Amma onu da nəzərə alaq ki, digər qruplarla müqayisədə bizim qrup çətin idi. Həm biz, həm də Azərbaycan millisi başqa qrupda olsaydı, fərqli nəticə ola bilərdi. Əvvəl-axır kimsə D Liqasına düşməlidi.

- Az öncə qeyd edildiyi kimi Azərbaycan mətbuatında D Liqasına düşmək faciə hesab olunur. Bu amil sizin lehinizə ola bilər?
- Həm müsbət, həm də mənfi tərəfi ola bilər. Ümid edirik ki, mənfi təsiri olmaz və həyəcan bizə mane olmaz.

Seçilən
36
3
football-plus.az

5Mənbələr