Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Azərbaycan və BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) icraçı katibi xanım Tatyana Molçan ilə görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə Rəşad Nəbiyev özünün "X" hesabında məlumat paylaşıb.
"Orta Dəhlizin potensialının artırılması üzrə görüləcək işlər və bu istiqamətdə UNECE-nin göstərə biləcəyi mümkün dəstək məsələlərini müzakirə etdik. COP29 çərçivəsində təşkil edəcəyimiz “Dayanıqlı, rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənar” tədbiri barədə danışdıq", - deyə nazir qeyd edib.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta