Qazaxıstan Çinlə Orta Dəhliz üzərindən göndərilən konteyner qatarlarının sayını ildə 600 ədədə çatdırmaq barədə razılıq əldə edib.
Bunu Qazaxıstanın nəqliyyat nazirinin müavini Talqat Lastaev COP29 çərçivəsində təşkil olunmuş “Dayanıqlı və Rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənarda” mövzusunda nazirlərin dəyirmi masasında bildirib.
"Biz əlavə yüklər cəlb edirik. Bu il Çin-Avropa-Çin marşrutları üzrə 27,6 min TEU konteyner daşınıb ki, bu 25 dəfə artım deməkdir", - deyə o qeyd edib.