AZ

Rəqəmsal texnologiyalardan istifadə emissiyaların təsirlərinin azaldılmasında əsas vasitədir

Rəqəmsal texnologiyalardan iqlim dəyişmələri üzrə mübarizədə istifadə etmək emissiyaların təsirlərinin azaldılmasında əsas vasitədir.

Bakıvaxtı.az xəbər verir ki, bunu COP29-un prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev COP29 çərçivəsində keçirilən Yaşıl Rəqəmsal Fəaliyyət Proqramı üzrə yüksəksəviyyəli dəyirmi masada deyib.

Onun sözlərinə görə, informasiya-kommunikasiya sektoru qlobal emissiyaların dörd faizini təşkil edir:

“Bu tullantıların təsirini azaltmaq üçün əlimizdən gələni etməliyik. Beynəlxalq Telekommunikasiya İttifaqı Yaşıl Rəqəmsal Fəaliyyət üzrə Bəyannamənin COP29 rəhbərliyinə təqdim edib. Burada kollektiv öhdəliklərimiz ortaya qoyulub. Rəqəmsal texnologiyalardan iqlim dəyişmələri üzrə mübarizədə istifadə etmək emissiyaların təsirlərinin azaldılmasında əsas vasitədir. Bu texnologiyalar emissiyaların azaldılması, iqlim adaptasiyası, eyni zamanda dayanıqlılığın gücləndirilməsinə gətirib çıxarır”.

Nazir bildirib ki, bu tədbirdə dayanıqlı infrastruktur, inklüziv əlçatanlılıq və rəqəmsal boşluq müzakirə ediləcək:

"Müzakirələr zamanı az inkişaf etmiş ölkələrdə də bərabər və ədalətli həll yolları tapılmalıdır. COP29 rəhbərliyi hər kəsi müzakirələrdə iştirak etməyə dəvət edir. Bu müzakirələr rəqəmsal transformasiyanın iqlim hədəflərinə böyük töhfə verəcək”.

Seçilən
0
5
bakivaxti.az

10Mənbələr