AZ

“Bu tullantıların təsirini azaltmaq üçün əlimizdən gələni etməliyik"

Image

COP29-un prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev COP29 çərçivəsində keçirilən Yaşıl Rəqəmsal Fəaliyyət Proqramı üzrə yüksəksəviyyəli dəyirmi masada çıxış edib. Nazir qeyd edib ki, rəqəmsal texnologiyalardan iqlim dəyişmələri üzrə mübarizədə istifadə etmək emissiyaların təsirlərinin azaldılmasında əsas vasitədir. Onun sözlərinə görə, informasiya-kommunikasiya sektoru qlobal emissiyaların dörd faizini təşkil edir. SİTAT: “Bu tullantıların təsirini azaltmaq üçün əlimizdən gələni etməliyik.
Beynəlxalq Telekommunikasiya İttifaqı Yaşıl Rəqəmsal Fəaliyyət üzrə Bəyannamənin COP29 rəhbərliyinə təqdim edib. Burada kollektiv öhdəliklərimiz ortaya qoyulub. Rəqəmsal texnologiyalardan iqlim dəyişmələri üzrə mübarizədə istifadə etmək emissiyaların təsirlərinin azaldılmasında əsas vasitədir. Bu texnologiyalar emissiyaların azaldılması, iqlim adaptasiyası, eyni zamanda dayanıqlılığın gücləndirilməsinə gətirib çıxarır”.

Mətləb Salahov





Seçilən
68
8
baki-xeber.com

10Mənbələr