AZ

Azərbaycanda nəqliyyat dəhlizləri ilə yük daşınması cüzi artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda nəqliyyat dəhlizlərində daşınmış yüklərin həcmi 24 milyon 620,1 min ton, yük dövriyyəsi isə 9 milyon 905,5 milyon ton-km təşkil edib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 0,3 % və 2,1 % çoxdur.

O cümlədən, 9 ay ərzində Şərq-Qərb nəqliyyat dəhlizi ilə 12 milyon 765,3 min ton ( o cümlədən, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi ilə 6 milyon 522,1 min ton), Şimal-Cənub nəqliyyat dəhlizi ilə 7 milyon 22,9 min ton, Şimal-Qərb nəqliyyat dəhlizi ilə 4 milyon 552,6 min ton, Cənub-Qərb nəqliyyat dəhlizi ilə 279,3 min ton yük daşınıb.

Yüklərin 11 milyon 304,2 min tonu və yaxud 45,9 %-i dəmir yolu nəqliyyatı, 7 milyon 353,6 min tonu və yaxud 29,9 %-i avtomobil nəqliyyatı, 5 milyon 962,3 min tonu və yaxud 24,2 %-i dəniz nəqliyyatı ilə nəql olunub.

Nəqliyyat dəhlizləri vasitəsilə daşınmış yüklərin 57,9 %-ni və yaxud 14 milyon 247,1 min tonunu tranzit yüklər təşkil edib.

Seçilən
40
5
report.az

10Mənbələr